2022-ci il Qarabağda abidələrin bərpasına nə qədər pul ayrılacaq? -Açıqlama

2022-ci ildə Qarabağın inkişafına dövlət büdcəsindən 2.2milyard pul ayrılıb,həmin pulun nə qədəri Qarabağda mədəniyyət abidələrin bərpası üçün ayrılacağı hələ məlum deyil.
Anews.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov "Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib
"2021-ci il Qarabağda xüsusilə Şuşada abidələrin bərpası işləri başlayıb. Bərpa işləri Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir. Şuşada 3 məscid və 2 kilsənin bərpası davam etdirilir. Növbəti illərdə də mədəniyyət abidələrinin bərpa işləri davamlı olacaq. 2022-ci ildə dövlət büdcəsindən müəyyən məbləğ abidələrin bərpasına ayrılacaq.Məbləğin nə qədər olması barəsində danışmaq tezdir.Dövlət daxili məsləhətlər aparılır və yekun nəticə veriləndən sonra bu haqda danışmaq olar", deyə nazir əlavə edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























