Azərbaycan iqtisadi ümid indeksinə görə yüksək nəticə göstərib

İqtisadi ümid indeksində Azərbaycanın mövqeyi 53 balla qiymətləndirilib ki, bu da ötən ilin göstəricisindən 6 bal daha yuxarıdır, bu barədə Nüfuzlu Gallup İnternational təşkilatının hesabatında məlumat verilib.
"Bu göstərici İndoneziya və Albaniyadan sonra ən yaxşı üçüncü göstəricidir. İqtisadi ümid indeksi ölkə vətəndaşlarının gələcək iqtisadi perspektivlərlə bağlı gözləntilərinə əsaslanır və vətəndaşlar arasında aparılmış sorğunun nəticələrini əsas götürür. Son illərdə xüsusi ilə də inkişafda olan ölkələrdə iqtisadi ümid indekslərinin davamlı olaraq artdığı müşahidə olunmaqdadır. Ümumilikdə isə, pandemiyanın təsiri ilə iqtisadi ümid göstəriciləri qlobal miqyasda resessiv trendlərə məruz qalmışdır. Bununla yanaşı, qlobal olaraq vətəndaşların gələcəyə iqtisadi ümidləri yüksək qiymətləndirilmişdir. Baxmayaraq ki, bir sıra ölkələrdə müxtəlif dolayı səbəblər (müharibə, təbii fəlakət, siyasi böhranlar və s.) vətəndaşların gələcəyə iqtisadi ümid gözləntilərini xeyli azaltmışdır. Hazırda siyası böhranların davam etdiyi regionların iqtisadi ümid indekslərinin xeyli aşağı olması da diqqətəlayiqdir” - deyə bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mətbuat xidmətindən bildirilib.
1947-ci ildən fəaliyyət göstərən Gallup İnternational təşkilatı dünyada müxtəlif sosioloji sorğular və tədqiqatların aparılması üzrə ixtisaslaşmış nüfuzlu və geniş şəbəkəyə malik beynəlxalq təşkilatdır. Müvafiq sorğu isə 1947-ci ildən bəri aparılmaqdadır. Təşkilatın cari ilin oktyabr-dekabr aylarında apardığı sorğular ümumilikdə 44 ölkədə 41,560 insanı əhatə etmişdir. Qeyd edək ki, sorğunun nəticələrinə əsasən dünya üzrə respondentlərin 38 faizi 2022-ci ilin 2021-ci illə müqayisədə daha yaxşı, 28 faizi daha çətin, 27 faizi isə əsaslı dəyişikliklərin olmayacağına inanır. Beləliklə də, qlobal miqyasda iqtisadi ümid indeksi ötən illə müqayisədə azalmışdır.
İndeks insanların öz ölkələrinin iqtisadi gələcəyi barədə düşüncələrini ölçən mühüm indikator hesab olunur. Bu indeksin metodologiyası əhalinin ümumi rifahını deyil, daha çox, gələcəklə bağlı iqtisadi gözləntilərini əsas götürür. Lakin aydındır ki, gələcəyə bağlı gözləntilər məhz cari situativ vəziyyət əsasında formalaşır. Bu baxımdan, indeksin nəticələri sosioloji sorğulara əsaslandığı üçün ölkə vətəndaşlarının təkcə iqtisadi deyil, həm də cari siyasi, mənəvi və psixoloji vəziyyətinin də inikasiyası hesab oluna bilər. Azərbaycanın mövcud indeks üzrə post-müharibə dövründə yüksək nəticələr göstərməsi həm də Qarabağ regionundakı münaqişənin uzun illərdən sonra hərbi-siyasi yolla həllinin yaratdığı nəticələri də əks etdirir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























