DSMF gəlirlərini və xərclərini AÇIQLADI

2021-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 5152 milyard manat olub, bu da ötən il ilə müqayisədə 403 mln manat artım deməkdir, bunu DSMF İdarə Heyətinin sədri Himalay Məmişov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
"Məcburi dövlət sosial sığorta haqları 3, 810 milyard manat olub. Bu isə 2020-ci illə müqayisədə 7,2 faiz (257 milyon manat) çoxdur. Gəlirlərin 1380 mln manatı büdcə təştilatları üzrə, 2430 mln manatı qeyri büdcə təşkilatları, 1313.3 manatı isə transfertlər hesabına formalaşıb", - deyə sədr vurğulayıb.
DSMF-nin xərcləri 5,92 milyard manatdır ki, bu da 2017-ci illə müqayisədə 1,951 milyard manat və yaxud təxminən 49% artım deməkdir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























