Bu il əmək pensiyalarının ödənilməsinə nə qədər vəsait xərclənib? - RƏSMİ

2021-ci il üzrə əhaliyə əmək pensiyaları üzrə 4591 mln manat ödəniş edilib, bunu DSMF İdarə Heyətinin sədri Himalay Məmişov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
"Bu il əhaliyə ödənişlər 4,716 milyard manat olub ki, bu xərclərə əmək pensiyaları, MDSS üzrə müavinət və digər sosial ödənişlər daxildir. Son 4 ildə pensiya xərcləri 40% artaraq 4,591 milyard manat olub, müavinət xərcləri 2,1 dəfə artaraq 590 milyon manat, təqaüd xərcləri 4,5 dəfə artaraq 417 milyon manat, məcburi dövlət sosial sığorta xərcləri isə 32% artaraq 125 milyon manat olub", - o qeyd edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























