“Müharibə veteranı”na veriləcək təqaüdün məbləği açıqlandı

Prezident İlham Əliyevin yeni Sərəncamı ilə Vətən müharibəsi iştirakçılarına yeni ildən "Müharibə veteranı” adı və "Azərbaycan Respublikasının Müharibə Veteranı” vəsiqəsi veriləcək.
Anews.az xəbər verir ki, aidiyyəti qurumlar tərəfindən bu status verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara proaktiv qaydada Prezidentin aylıq təqaüdü təyin ediləcək.
Nazirlikdən bildirilib ki, ölkəmizdə başlanan yeni sosial islahatlar paketi çərçivəsində reallaşan bu tədbir Vətən Müharibəsinin iştirakçılarına dəstək məqsədi daşıyır.
"Müharibə veteranı” adı və vəsiqəsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə veriləcək.
Sərəncama əsasən, aidiyyəti qurumlar razılaşdırılmış siyahı nəzərə alınmaqla "Müharibə veteranı” adı və vəsiqəsini verəcək, həmin şəxslər haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər” altsisteminə daxil edəcək. Nazirlik "Müharibə veteranı” adı və vəsiqəsi verilmiş və "Zəfər” altsisteminə daxil edilmiş şəxslərə 2022-ci il 1 yanvarından Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























