Bu qaydaları pozanlar cərimələnəcək

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edib.
Aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlanma ilə nişanlanmalı olan malların nağd qaydada satılması və nağd qaydada alınması
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu maddədə "az miqdar” dedikdə beş yüz manatadək olan məbləğ başa düşülür.
Aşağıdakı məzmunda 477-2-ci maddə əlavə edilir:
Dövlət icbari şəxsi sığorta haqqında qanunvericiliyin pozulması
Sığortalı tərəfindən dövlət icbari şəxsi sığorta haqqında qanunvericiliyin pozulmasına, yəni:
hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödənilmiş sığorta haqları və sığortaolunanlar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada sığortaçıya hesabat verilməməsinə görə -
vəzifəli şəxslər iki yüz manat məbləğində cərimə edilir.
Sığortaçı tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxsə üzrlü səbəblər olmadan qanunla müəyyən edilmiş qaydada və müddətdə sığorta ödənişinin verilməməsinə görə -
vəzifəli şəxslər yüz manat məbləğində cərimə edilir.
Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























