• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir əsgərlərlə səhra təlimində - FOTOLAR

Nazir əsgərlərlə səhra təlimində - FOTOLAR
07.05.2014 22:47
Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimində Müşahidəçilər Günü keçirilib. “Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təlimin çöl-səhra fazasını izləmək üçün poliqona gələn Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə Nazirliyinin rəhbərliyi, o cümlədən qonaq qismində dəvət almış Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daraqo Lovriç, NATO-nun Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanının müavini general-leytenant Qordon Messencer, həmçinin ölkəmizdə akkreditə olunmuş 20-dən artıq xarici dövlətin hərbi attaşesi Təlim Mərkəzinin Qərargahında olublar.Əvvəlcə qonaqlara taktiki əməliyyat mərkəzində ön əməliyyat bazası haqqında ümumi məlumat verilib və təlimin ssenarisi üzrə həyata keçirilən fəaliyyətlər barədə tanışlıq brifinqləri təqdim olunub.Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov və qonaqlar ərazidəki taktiki əməliyyat mərkəzinə gələrək briqada, tabor və bölüklər səviyyəsində şəxsi heyətin hazırlığı ilə tanış olub, səhra təliminin ərazidə praktiki hissəsini izləyiblər.Ssenariyə əsasən təlimdə iştirak edən 900 nəfərə yaxın şəxsi heyət, 100-dək hərbi texnika və 4 ədəd helikopter 5 sahə üzrə, 117 kriteriyanı həyata keçirib və fəaliyyətin qiymətləndirməsinin 752 sualını yerinə yetiriblər.Təlim maraqla izlənilib və beynəlxalq müşahidəçilər şəxsi heyətin peşəkarlığını yüksək qiymətləndiriblər.Təlim mayın 8-də sona çatacaq.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol