Hərbi xidmətdə az ağır xəsarət alanlara ödəniləcək sığorta məbləği bilindi

Prezident İlham Əliyev "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna dəyişikliklə bağlı sənədi imzalayıb.
Bundan başqa, sığortaolunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman az ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda müəyyən edilmiş sığorta məbləğinin (11 min manat – red.) 15 faizi qədər sığorta ödənişi verilir.
Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş siyahıya uyğun müəyyənləşdirilir.
Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş sığorta ödənişi nəzərə alınmaqla ödənilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























