Azərbaycan anaları dünyada neçənci yerdədir?

“Dünya anaları - 2014” hesabatında Azərbaycan anasının vəziyyəti 178 ölkə arasında 99-cu yerlə qiymətləndirilib. ANS PRESS-in Azadlıq Radiosu-na istinadən məlumatına görə, Londonda qərarlaşan “Uşaqları qoruyun” yardım təşkilatı anaların durumu haqda hesabatı 15-ci ildir ki, hazırlayır. Anaların durumu doğuş vaxtı ölüm və 5 yaşadək uşaqlar arasında ölüm hallarının nisbi sayı, qadınların təhsili, adambaşına düşən ümumi daxili məhsul və qadınların parlamentdə təmsil olunması kimi amillərlə müəyyən olunur.Azərbaycanda 2010-cu ilin statistikasına görə, hər 1000 doğuşa 1 ana ölümü düşür. Müqayisə üçün ərazisi və əhalisi Azərbaycan qədər olan Avstriyada vəziyyət Azərbaycandan 18 dəfə yaxşıdır: Avstriyada hər 18000 doğuş 1 ana ölümü ilə nəticələnir.Belarusda 16300 doğuşdan 1-də qadın ölür. Ermənistanda da bu vəziyyət Azərbaycandan az qala 2 dəfə yaxşıdır. Ermənistanda hər 1700 doğuşa 1 qadın ölümü düşür. 2012-ci ilin məlumatına görə, Azərbaycanda doğulan hər 1000 uşaqdan 35-i 5 yaşadək yaşamır. Ermənistanda vəziyyət yenə Azərbaycandan yaxşıdır. Burada hər doğulan 1000 uşaqdan 16-sı 5 yaşadək gedib çatmır. Avstriyada hər 1000 uşaqdan cəmi 4-ü 5 yaşadək yaşamır.Azərbaycanda qadınların təhsili ilə bağlı isə deyəsən, problem yoxdur. Azərbaycanda qadınların aldıqları təhsilin orta uzunluğu 11,9 ildir.Qadınlar siyasətdə necə təmsil olunurlar? Analar indeksi hesabatını hazırlayanlar bunun ən yaxşı göstəricisi kimi parlamentdə qadınların təmsilçiliyini götürüblər. Azərbaycan Milli Məclisinin üzvlərinin 15,6 faizi qadınlardır.Bu sahədə Ermənistanda vəziyyət Azərbaycandan pisdir. Ermənistanda deputatların cəmi 10 faizi qadınlardır.Avstriyada deputaların 32 faizi qadınlardır. Analar indeksində Belarus MDB ölkələri arasında ən və xeyli qabaqdadır - 26-cı yer. MDB ölkələri arasında ikinci ən irəlidə olan Rusiyadır - 62-ci yer. Ermənistan 95-ci yer, Gürcüstan 98-ci yerlə Azərbaycandan irəlidədir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























