Qoca Səmədov xəstəxanaya yerləşdirildi

Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədov yenidən xəstəxanaya yerləşdirilib.
Anews.az-ın apa-ya istinadən məlumatına görə, bir müddət əvvəl Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum olunan sabiq icra başçının vəziyyəti pisləşdiyi üçün ilk olaraq Şəkidəki Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. Daha sonra o, Bakıya gətirilərək Mərkəzi Klinikaya yerləşdirilib və növbəti dəfə ürəyindən əməliyyat olunub.
Hazırda sabiq icra başçısının müalicəsi davam etdirilir. Qoca Səmədovun vəkili Elnur Vəliyev faktı təsdiq edib.
Qoca Səmədov bir müddət əvvəl də ürəyindən əməliyyat olunmuşdu.
Sabiq icra başçısı DTX-nin 2019-cu ilin noyabr ayında keçirdiyi əməliyyat zamanı saxlanılıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinib.
Q. Səmədov bu ilin sentyabrında Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib