Saleh Rüstəmli ilə bağlı ekspertiza təyin edilib

Gədəbəy rayonunun hazırda həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmli ilə bağlı ekspertiza təyin edilib.
Anews.az "report"a istinadla xəbər verir ki, bu barədə Vəkil Bəhruz Bayramov məlumat verib. O bildirib ki, bu barədə qərar Nizami Rayon Məhkəməsində çıxarılıb.
Vəkil deyib ki, S.Rüstəmlinin səhhəti ilə bağlı vaxtından əvvəl azadlığa çıxması ilə üçün məhkəməyə ərizə təqdim edilib. Məhkəmə onun xəstəliyi ilə bağlı ekspertiza təyin edib.
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Onun barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü S.Rüstəmli 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























