• $
  • €
  • ₽
  • ₺
  • £

Son 3 ildə ali məktəbə sənəd verənlərdən 103-nün yaşı 50-dən yuxarıdır

Son 3 ildə ali məktəbə sənəd verənlərdən 103-nün yaşı 50-dən yuxarıdır
30.12.2021 17:34
Dövlət İmtahan Mərkəzi son 3 ildə Azərbaycanda ali məktəblərə sənəd verən və qəbul olan 50 yaşdan yuxarı şəxslərlə bağlı statistikanı açıqlayıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. Ümumilikdə 2019-2021-ci illər ərzində 50-60 yaş arasında olan 103 nəfər ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verib.2019-cu ildə bu yaş qrupu üzrə 26 nəfər sənəd verib ki, onlardan 6-sı subbakalavrdır. Sənəd verənlərdən 3-ü I qrup, 2-si II qrup, 4-ü III qrup, 1-i V qrup, 3-ü isə V qrup üzrə olub. Sənəd verən 26 nəfərdən ikisi ali məktəbə qəbul olunub. Onların biri Bakı Dövlət Universitetinin "Fizika müəllimliyi”, biri isə Bakı Avrasiya Universitetinin "İnformasiya texnologiyaları” fakültəsinin tələbəsi adını qazanıb. Sənəd verənlərdən ikisi isə orta ixtisas məktəbinə qəbul olub.

2020-ci ildə 50-60 yaş arasında olan 40 nəfər ali məktəblərə sənəd verib. Onlardan ikisi subbakalavr olub, 8-i I, 3-ü II, 3-ü III, 2-si IV, 12-si isə V qrup üzrə sənəd verib. Onlardan ali məktəbə qəbul olanı yoxdur, 2 nəfər isə orta ixtisas məktəbinə qəbul olub. Ötən il 1 nəfər 60-70 yaş arası şəxs də ali məktəbə qəbul olmaq üçün sənəd versə də, müvəffəqiyyət qazanmayıb.

Bu il 50-60 yaş arası 37 nəfər ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verib. Onlardan biri subbakalavr olub, 3-ü I, 5-i II, 6-sı III, 8-i isə V qrup üzrə sənəd verib. Sənəd verənlərdən biri Azərbaycan Dövlət Pedaqoji Universiteti "Fiziki tərbiyə və hazırlığaqədərki çağırış müəllimliyi” fakültəsinə qəbul olub.

Qeyd edək ki, bu il ali məktəblərə qəbul olmaq üçün sənəd verənlərdən biri də 60-70 yaş arası olub, ancaq o, qəbul ola bilməyib

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol