• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin atəşi nəticəsində yaralanan şirkət əməkdaşı danışdı - Video

Ermənilərin atəşi nəticəsində yaralanan şirkət əməkdaşı danışdı - Video
30.12.2021 18:10
Dünən Ağdamın işğaldan azad olunan ərazilərində xidməti vəzifələsini yerinə yetirən mülki şəxs Anar Rəhimli Erməni silahlılarının açdığı atəş nəticəsində yaralanıb.
Anews.az  AzTV-yə istinadən xəbər verir ki, A.Rəhimliyə hazırda tibbi xidmət göstərilir, həyatı üçün təhlükə yoxdur.

"Sahəyə gedirdik. Qabağımıza bir post çıxdı. Elə bildik ki, bizimkidir. Yoldaşım yolu açmalarını demək üçün ora getdi. Sonra qaçaraq maşına tərəf gəldi və dedi ki, erməni postudur, tez sür tez çıxaq. Mən maşını arxaya verəndə atəş açmağa başladılar. Güllənin biri qoluma dəydi, sümüyüm sındı. Sükanı döndərə bilmədiyim üçün dirəyə çırpıldıq və sonra da dərəyə düşdük. Daha sonra maşın aşdı.

Avtomobildən çıxdıqdan sonra qolumu bağlayıb gözlədim. Yoldaşım isə kömək çağırmağa getdi", - Anar Rəhimli bildirib.
 

 Xatırladaq ki, dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilmiş "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla mobil operatorlardan birinin podratçı şirkətinin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol