QİÇS-lə Mübarizə Mərkəzində xəstələrin dərmanı kəsilir?

"QİÇS-lə Mübarizə Mərkəzində xəstələrə verilən dərmanlar kəsilir. Dövlətin adından istifadə edərək bizə cəmi bir aylıq dərmanlar verirlər”.
O bildirib ki, qeydiyyatda olduğu Mərkəzdə əvvəlcə altı aylıq dərmanlar verilsə də, sonradan bu müddət bir aya salınıb:
"Mən QİÇS-lə Mübarizə Mərkəzinə müraciət edəndə bildirdilər ki, hələ dərmanlar gəlməyib, hər ilin sonu gəlir. Mənə verilən dərmanın son istifadə tarixi 2023-cü ilədək idi. Soruşdum ki, əgər dərmanlar gəlmirsə, son istifadə tarixi iki il sonraya aid dərman necə verilə bilər? Burada oyun oynanılır.
Şikayətçi bildirib ki, indiyə qədər bir dəfə altı aylıq dərman alıb. Əgər həmin vaxt bununla bağlı məsələ qanunda yox idisə, həmin vaxt dərmanın necə verildiyi sual doğurur.
"Monitorinq müayinələrinə və preparatların alınması üçün gəlişlərində gecikmələrə yol verildiyinə görə xəstələrin monitorinqarası müddəti bir ayadək qısaldılıb və dərman buraxılışı bu müddətə uyğun təyin edilib.
Məlumat üçün bildirilir ki, pandemiya dövründə sərt karantin rejimini nəzərə alaraq, pasiyentlərə dərmanlar altı aylıq verilib. Hazırda yalnız nadir istisna hallarında, xəstə uzun müddətə ölkəni tərk etdiyi hallarda, müvafiq sənəd təqdim etdikdə və eyni zamanda, tibbi vəziyyət imkan verdikdə və müalicəyə yüksək sadiqlik nümayiş etdirdikdə preparat ehtiyatı Mərkəz rəhbərliyinin icazəsi ilə altı aylıq verilə bilər”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























