• $
  • €
  • ₽
  • ₺
  • £

Metropolitenin iş vaxtı uzadılacaq

Metropolitenin iş vaxtı uzadılacaq
31.12.2021 12:39
Dekabrın 31-də paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və bayram gəzintisi nəzərə alınaraq, metropoliten stansiyaları 2022-ci il yanvarın 1-nə keçən gecə saat 01:00-a kimi sərnişinlərin girişinə açıq olacaq.
 
Bu barədə  "Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
 
Bildirilib ki, "Bakı Metropoliteni” QSC-nin ənənəvi layihələrindən biri illərin qovuşuğunda keçirilən konsert proqramlarıdır. Qeyd olunub ki, 2022-ci ilin son günü 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "İçərişəhər” və "28 May” stansiyalarının vestibüllərində konsert proqramı təşkil edilib.
 
Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyasının peşəkar məzunlarından ibarət simli kvartetin təqdim etdiyi canlı musiqi bu dəfə Yeni ilin gəlişini bildirən musiqi parçaları bəzəyib. Musiqi sədaları bu iki stansiyaya daxil olan sərnişinlərin bayram ovqatını daha da yüksəldib.
 
Konsert proqramı 2022-ci ilin ilk günü – yanvarın 1-də davam etdiriləcək.
 
Bayramlarla əlaqədar dekabr ayının 29-dan Bakı metropolitenində gücləndirilmiş iş rejimində müvafiq dəyişikliklər edilib. Şəhər mərkəzi və kütləvi bayram tədbirlərinin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunub. Zəruri hallar üçün nəzərdə tutulan ehtiyat qatarların xəttə çıxması diqqətdə saxlanılır. Bu tədbirlər yanvarın 2-dək davam etdiriləcək.
 
"Bakı Metropoliteni” QSC bayram günlərində hər kəsin xoş ovqatlı anlar keçirməsi, neqativ hallara yol verilməməsi və fəsadların yaşanmaması üçün hər bir sərnişinin həmrəylik nümayiş etdirərək, metropolitendə istifadə qaydalarına və ictimai asayiş tələblərinə ciddi riayət edilməsini rica edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol