Qanunsuz ov edən şəxslər saxlanılıb

Cəlilabad Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Bakı şəhər sakinləri N.Qasımov və E.Fətəliyev saxlanılıblar.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onlardan 1 ədəd "Hatsan” markalı, 1 ədəd "Turac” markalı ov silahları və qanunsuz olaraq ovlanmış çöl heyvanları aşkarlanıb.
Faktla bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib