Zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
www.anews.az
Hadisə bu gün səhər saatlarında köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən və Kür çayı üzərində yerləşən körpüdə qeydə alınıb.
Belə ki, "VAZ-2107”, "VAZ-21015” və "Raf” markalı minik avtomobilləri toqquşub. Nəticədə Salyan sakinləri, 1997-ci il təvəllüdlü Fərəcov Samir Eldar oğlu, 1967-ci il təvəllüdlü Əliyev İmran Ağaş oğlu və 1987-ci il təvəllüdlü Rzayev Müşfiq Kərim oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























