• $
  • €
  • ₽
  • ₺
  • £

2021-ci ildə Qarabağ ətrafında nələr baş verdi?

2021-ci ildə Qarabağ ətrafında nələr baş verdi?
31.12.2021 15:08
Postmünaqişə dövrünün ilk bir illiyi başa çatdı. 2021-ci ildə Qarabağ ətrafında nələr baş verdi?

6 yanvar: İlham Əliyev 2020-ci ilin yekunlarına dair müşavirədə müharibədən sonra "Xankəndi Azərbaycan torpağıdır” deyə bəyan etdi;

11 yanvar: Moskvada Əliyev-Putin-Paşinyan görüşü keçirildi və kommunikasiyanın açılması ilə bağlı üçtərəfli bəyanat imzalandı: razılaşmaya görə, üçtərəfli İşçi Qrupu yaradılır və bu qrup 1 mart tarixində qədər kommunikiyasının açılması üzrə qrafiki hazırlayaraq, təsdiq edilməsi üçün liderləyə təqdim etməlidir; bu görüş müharibədən sonra tərəflərin ilk canlı təması idi;

14 yanvar: Prezident ilk dəfə Şuşaya səfər etdi və "statusun olmadığının, Qarabağın bütün ərazilərinin Azərbaycan olduğunun” mesajını verdi;

30 yanvar: Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı; Türkiyə ordusu rəsmi şəkildə bölgəyə gəldi;

Mart: Əliyev 10 noyabr razılaşmasından nəzərdə tutulan Naxçıvana çəkiləcək yolun Zəngəzur dəhlizi olduğunu elan etdi;

Aprel: Əliyev Azərbaycanın tarixi torpaqlarına – İrəvana, Zəngəzura qayıdacağımızı elan etdi;

May: Azərbaycan işğal dövründə Ermənistanın irəli çəkdiyi dövlət sərhədinin bərpası prosesinə praktiki olaraq başladı; burada gərginliyin Qarabağdan sərhədə köçürülməsi strategiyası da diqqət çəkirdi;

15 iyun: Ərdoğanla Əliyev Şuşada Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzaladı;

7 iyul: Əliyev "Dağlıq Qarabağ” ifadəsini ləğv etdi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yaratdı; ermənilərin yaşadığı ərazilər – Xankəndi, Xocalı və Xocavəndin taleyi ilə bağlı rəsmi qərar verildi; bu həm də Zəngəzurun qərb hissəsi ilə bağlı hədəfin rəsmiləşməsi idi;

Sentyabr: Bakı İranın Xankəndinə qanunsuz yük daşımasına qarşı Gorus-Qafan yolunda praktiki addımlara başladı və nəticə əldə etdi;

26 noyabr: Soçidə üçtərəfli görüş keçirildi; sərhədin delimitasiya və demarkasiya üzrə ikitərəfli komissiyanın yaradılması razılaşdırıldı;

15 dekabr: Brüsseldə üçtərəfli görüş keçirildi; kommunikasiyanın açılması üzrə razılaşma əldə olundu; Avropa İttifaqının timsalında postmünaqişə dövrü Qərbdə də qəbul edildi.(Modern.az)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol