• $
  • €
  • ₽
  • ₺
  • £

2021-ci ildə dünya nələrə şahid oldu? - VIDEO

2021-ci ildə dünya nələrə şahid oldu? - VIDEO
31.12.2021 22:30
2022-ci ilin gəlişinə hazırlaşdığımız bir vaxtda geridə qoyduğumuz 1 il dünyanın yaddaşında nələrlə qaldı?
 
2021-ci il ABŞ-da Kapitoliy binasına hücumla başladı. Belə ki, Donald Tramp tərəfdarları 4 nəfərin ölümünə səbəb oldular. Ardınca ABŞ-ı bürüyən etiraz aksiyalarından "Trampı qovun” səsləri yüksəldi ki, bu da Co Baydeni prezidentlik kürsüsünə biraz da yaxınlaşdırdı...
 
79 yaşlı yeni Ağ Ev rəhbəri qalmaqalları və yaşının yaratdığı çətinliklərlə artıq bir ildir ki, ABŞ-nın 46-cı prezidentidir.
 
Aleksey Navalninın həbsi Rusiyada 100-lərlə şəxsi küçələrə tökdü. Etiraz aksiyalarına minlərlə rus qatıldı...
 
Hərarətli keçən 2021-ci ilə bir də Avstraliyanın meşə yanğınları istilik gətirdi. 10 min hektardan çox sahə külə döndü. ABŞ-nin Kaliforniya ştatındakı meşə yanğını isə tarixdə miqyasına görə ikinci oldu...
 
2021-ci ildə heç görmədiyimiz yüzlərlə hadisəyə şahid olduq...
 
2021-də İsrail-Fələstin uzun müddət bir-birinə raket "hədiyyə” etməklə məşğul oldu. İllərlə davam edən Qüds münaqişəsi yenidən alovlandı, onlarla insan həlak oldu. 
 
Şərqin qalmaqalı bitmədi ki, bitmədi. "Taliban” hərəkatı avqustda Əfqanıstanın paytaxtı Kabili ələ keçirdi, ölkənin yeni sahibi oldu...
Belçika, Almaniya, Niderland, Fransa və digər Qərbi Avropa ölkələrinin sel suları ilə mübarizəsi yaddaşlara həkk oldu. 200-ə yaxın şəxsin ölümü, 1300-dən çox avropalının itkin düşməsi 2021-ci il üçün pis xatirələrdən biri idi...
 
Miqrant böhranını unutmayaq. 5 mindən çox insan Polşa-Belarus sərhədində ilişib qaldı. Polislərlə toqquşan mühacirlər arasında onlarla yaralananlar oldu...
Qardaş ölkə Türkiyədə hektarlarla meşə külə döndü. Onlarla şəhəri cənginə alan meşə yanğınlarının qarşısını almaq üçün Türkiyə ilə birgə, dostları da səfərbər oldu...(BakuTv)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol