Sahibinin “qorxma, heç nə etməz” dediyi it azərbaycanlını dişlədi

Türkiyənin Samsun şəhərində it Azərbaycan vətəndaşı Arif Sehrini burnundan dişləyib.
Belə ki, kompüter mühəndisi olan Arif, xanımı Fardina ilə evdən çıxıb maşına əyləşən zaman onların qarşısına "pitbull” cinsindən olan it çıxıb.
Arvadının itdən qorxduğunu görən Arif, özünü qabağa verib. Bu zaman "pitbull”un sahibi "qorxmayın, heç nə etməz” deyib. Lakin buna baxmayaraq it Arifə hücum edib və onu burnundan dişləyərək bir neçə parça qoparıb.
Azərbaycanlı bədbəxt hadisədən sorna bir neçə estetik əməliyyat keçirib. O, "Sabah”a açıqlamasında görmə qabiliyyətinin zəiflədiyini də bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























