• $
  • €
  • ₽
  • ₺
  • £

Orqan transplantasiyası haqqında qanun qüvvəyə minib

Orqan transplantasiyası haqqında qanun qüvvəyə minib
03.01.2022 13:10
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qüvvəyə minib.

Qanun 5 fəsil, 35 maddədən ibarətdir.

Qanuna əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr, meyit donordan isə transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər. Azərbaycan Respublikasında ksenotransplantasiya (elmi-tədqiqat işləri istisna olmaqla) qadağan edilir.

Qanuna uyğun olaraq Nazirlər Kabineti donor orqanların götürülməsini və transplantasiyasını həyata keçirən tibb müəssisələri tibb müəssisələrin siyahısını təsdiqləyib.

Orqan donorluğu və transplantasiya sisteminə aşağıdakılar daxildir:

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
- əlaqələndirici qurum;
- vahid dövlət informasiya bazası;
- Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası.

Orqan donorluğu və transplantasiya sahəsində işlərin əlaqələndirilməsi və monitorinqin aparılması donor orqanın götürülməsini və transplantasiyanı həyata keçirən tibb müəssisələrinin transplantasiya üzrə koordinatoru tərəfindən həyata keçiriləcək. Orqan donorluğu və transplantasiyası üzrə monitorinq Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli 1208 nömrəli Fərmanına əsasən Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.

Qanuna əsasən, Azərbaycan Respublikasında donor orqanların alqı-satqısı və reklamı qadağandır.

Bu qanun qüvvəyə mindiyi gündən "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 726-IQ nömrəli Qanunu ləğv edilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol