Bu yolda hərəkət məhdudlaşdırılacaq

Yanvarın 2-də saat 12:00-dan axşam saatlarına qədər Bakının Ziya Bünyadov prospektinin Koroğlu qovşağından 20 Yanvar dairəsi istiqamətində olan hissəsində yerləşən 1-ci tuneldə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq prospektin yan yoluna yönəldiləcək, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
"Sürücülərdən qeyd edilən zaman çərçivəsində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə məlumatda bildirilib.
www.anews.az
Məhdudlaşdırma işıqlandırma sisteminin təmiri işləri ilə əlaqədardır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























