Qubadlıda3 hərbçi öldürülüb

Bu gün saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirdiyi iddia olunur, bu barədə DSX məlumat yayıb.
Bundan sonra şübhəli bilinən kiçik çavuş Elxan Əvəzli silahını ataraq hadisə yerindən qaçıb.
Hazırda kiçik çavuş Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























