Gəncədə silah-sursat aşkarlanıb

Gəncədə avtomobildə silah-sursat aşkarlanıb, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyevin idarə etdiyi "Mercedes” markalı avtomobilə baxış zamanı oradan nömrəsi silinmiş "Makarov” markalı tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























