• $
  • €
  • ₽
  • ₺
  • £

“Rəfail nümunəvi əsgər olduğuna görə orduda qalmışdı” - Qubadlıda öldürülən hərbçinin anası

“Rəfail nümunəvi əsgər olduğuna görə orduda qalmışdı” - Qubadlıda öldürülən hərbçinin anası
03.01.2022 16:22
Qubadlıda hərbçi yoldaşı Elxan Əzizli tərəfindən qətlə yetirildiyi bildirilən 22 yaşlı gizir Rəfail İbrahimovun anası Zeynəb İbrahimova oğlu haqda danışıb.

O, Rəfailin 2 ildir hərbidə xidmət etdiyini deyib:

"Son danışığı bayram günü oldu. Deyirdi ki, hər şey yaxşıdı, özüm də yaxşıyam. Hərbi xidməti dövründə də nümuməvi əsgər olduğuna görə fəxri fərmanlarla təltif olunmuşdu. 44 günlük Vətən müharibəsində də iştirak edib. Laçın rayonunun Güləbird kəndində xidmətində idi.

Nümunəvi əsgər olduğuna görə hərbi xidmətini başa vurduqdan sonra qalıb orduda xidmətini davam etdirirdi.

Oğlum evin tək övladı, hətta nəslin yeganə oğul övladı idi. Balam gənc idi, çoxlu arzuları vardı. Sərhəd qoşunlarında xidmət edirdi”, - deyə o bildirib. 
 
Rəsmi açıqlamaya görə, Sərhəd Qoşunlarının "Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.

Elxan Əzizli hadisə yerindən qaçsa da, Laçın rayonu ərazisində saxlanılıb. (yeniavaz)


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol