Yeni ilin ilk gecəsi dava - İçkili şəxs polisin poqonunu cırdı

Bakıda 23 yaşlı Gürcüstan Respublikasının vətəndaşı Nadir Əfəndiyev (şərti ad red.) polisin poqonunu cırıb.
Hadisə bu ilin ilk günündə - 2022-ci ilin yanvarın 1-də baş verib.
Onun söyüş söyməsinə səbəb isə kafedən çıxarkən dostlarından biri ilə mübahisə etməsi olub.
Bundan sonra sahə inspektoru da daxil olmaqla bir neçə polis əməkdaşı həmin şəxsə yaxınlaşıb, qanuni tələblərini səsləndiriblər ki, ictimai qaydalara əməl etsin.
Nadir daha da aqressivləşərək polis əməkdaşları ilə əlbəyəxa olub. Əlbəyaxa zamanı polis əməkdaşlarından birinin poqonunu cırıb və təhqirlər səsləndirib.
Polis əməkdaşları həmin şəxsi polis idarəsinə aparmağa nail olublar.
Polis idarəsində təqsirləndirilən şəxs əməlindən peşman olduğu bildirilir.
Həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























