• $
  • €
  • ₽
  • ₺
  • £

Tıxaclarda əsas günah - Nəqliyyat Nazirliyi

Tıxaclarda əsas günah - Nəqliyyat Nazirliyi
07.05.2014 17:34
Əgər son iki həftə ərzində baş vermiş informasiyaları gözdən keçirsək, məlum olar ki, çökmüş yollar, tıxaclar, körpüdən yıxılmış taksi sürücüləri barədə xəbərlər ön plandadır. Və bütün belə xəbərlərin "qəhrəmanı" Nəqliyyat Nazirliyidir.

ANN.Az bu nazirliyin işini xarakterizə etmək xahişi ilə müstəqil iqtisadçı Elçin Əliyevə müraciət edib."2002-ci ildən, yəni yaradıldığı tarixdən etibarən Nəqliyyat Nazirliyi cəmiyyətin və mətbuatın nəzarətindən kənar işləyir. Onlar sadəcə "bezpredel”lik edirlər”, - ekspert fikrinə belə başladı.- Nəqliyyat Nazirliyinin inspektorlarının taksi sürücülərini döyməsinə dair onlarla fakt məlumdur. Bu yaxınlarda belə hadisələrdən ən yaddaqalanı isə müfəttişlərin əlindən qaçmaq istərkən, körpüdən tullanan zaman ağır yaralanan taksi sürücüsünə aiddir.Bu il aprelin 11-də təəccübümə səbəb olan başqa hadisə baş verdi. Vətəndaş Minir Mosyayev özünün sarı rəngli "Reno" avtomobili ilə avtovağzala gəlir ki, rayona getmək üçün bilet alsın. O, öz avtomobililə el dili olə desək, nə"taksovatlıq" edir, nə də  ümumiyyətlə ödəniş müqabilində sərnişindaşıma fəaliyyəti ilə məşğuldur. Aprelin 11-də avtovağzalda bilet almaqdan qayıdanda görür ki, nəqliyyət inspektorları onun avtomobilini dövrəyə alıblar. Onlar Minir Mosyayevi heç dinləmirlər. Hətta avtomobildə aparılmış axtarış müfəttişlərin haqlı olmasına dair sübutlar olmadığı halda Nəqliyyat Nazirliyinin əməkdaşlarından biri – V.İbadov Mosyayeva cərimə yazıb və dərhal da həmin ərazidən uzaqlaşır.  Vətəndaş qanunsuz protokolu ləğv etmək üçün bir ay müvafiq instansiyalara müraciət etdi. Eyni zamanda həmin müfəttiş İbadovu da axtarır ki, bir-iki kəlmə “yaxşı” söz desin.Nəqliyyat Nazirliyinin müfəttişləri avtomobilləri dayandırır, sürücüləri döyür, özgənin maşınını müsadirə edir, sürücülərdən vergi alır və sairə. Bütün bu sadalananlar isə kobud qanun pozuntularıdır, çünki bu insanlar Vergilər Nazirliyinin işçisi deyillər.- Amma Nəqliyyat Nazirliyi yalnız "taksistlərin" döyülməsi ilə məşğul deyil.-  Nəqliyyat Nazirliyi yolların salınması və yol infrastrukturu ilə də məşğuldur. Və bu işin öhdəsindən də çox pis gəlir, çünki yolların çökməsi belə deməyə əsas verir.2010-cu ildən Bakıda, 3-mikrorayon dairəsində körpü və üç tunelin daxil olduğu yol qovşağı tikilir. Kompleksin tikintisi 2012-ci ildə başa çatmalı idi. Ötən vaxt ərzində təslimetmə müddəti dörd dəfə dəyişdirilib və bu günə qədər orada tikinti gedir, sürücülər və sərnişinlər tıxaclarda əzab çəkir.Dərnəgül yolunda (Ziya Bünyadov prospekti) başqa uzun müddətli tikinti – yeraltı tunellər və körpülər kaskadı 2012-ci ilin sonunda istifadəyə verilməliydi. Hələ də yollar yoxdur və işin nə vaxt qurtaracağı da bəlli deyil.Nəqliyyat naziri bu sfera üzərində nəzarəti itirib. Onunla "Azeryolservis" MMC şirkətinin başçısı arasında büdcənin maliyyə xərclərinə nəzarət uğrunda qızğın müharibə gedir. Podratçılar vəsaitləri mənimsəyirlər, sonra tikintini dayandırırlar və yenidən pul tələb edirlər. Yenidən pullar yeyilir və iş yarımçıq qalır, beləcə davam edir. Və buna heç bir ictimai nəzarət-filan yoxdur. Nəqliyyat Nazirliyinin mətbuat xidməti isə  ictimaiyyətə heç bir məlumat vermir.Hökümət nümayəndələri tıxacların yaranma səbəbi kimi əhalinin rifah səviyyəsinin artmasını və xalqın avtomobil əldə etməsini əsas gətirirlər. Mənsə hesab edirəm ki, tıxacların yaranmasında Nəqliyyat Nazirliyi günahkardır, çünki eyni anda bir neçə yerdə yol-təmir işləri gedir və beləcə sürücülər alternativ yol imkanlarından məhrum edilirlər.Kamal ƏliANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol