• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda keçmiş əsirlərə işgəncə verilir

Ermənistanda keçmiş əsirlərə işgəncə verilir
04.01.2022 09:47
Ermənistan mətbuatı Azərbaycanın qaytardığı keçmiş əsirlərin İrəvanda işgəncələrə məruz qaldığını iddia edir.
 
'Hraparak” qəzeti noyabrın 26-da Azərbaycana əsir düşən, azad olunandan sonra isə İrəvanda həbs edilən Aren Aramyanla amansız rəftar edildiyi barədə xəbər yayıb.
 
Aren Aramyanın vəkili Ara Karapetyan qəzetə bildirib ki, keçmiş əsir yaralı vəziyyətdə Bakıda iki dəfə əməliyyat olunub, Ermənistana qaytarıldıqdan sonra təqiblərə məruz qalıb və 2021-ci il dekabrın 6-da həbs edilib.

A.Karapetyanın sözlərinə görə, müvəkkilinin səhhəti pisləşib, müraciətə baxmayaraq məhkumu  xəstəxanaya aparmırlar.

"Biz onun günahsızlığını sübut edəcəyik, lakin müalicəyə cəlb olunmasa, adam ömür boyu əlil olacaq. Nə məhkəmə, nə də ibtidai istintaq orqanları vəsatətləri nəzərə alır”.
 
Müdafiəçi bildirib ki, həbs qərarından apellyasiya şikayəti veriblər, lakin Apellyasiya Məhkəməsi bunu rədd edib.
 
Ara Karapetyan onu da vurğulayıb ki, əllərində faktlar var ki, müvəkkili tutulmazdan əvvəl döyüşüb, sonra isə ağır yaralı vəziyyətdə əsir götürülüb. (Modern.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol