• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı “qanuni oğru”nun qətlində Lənkəranski izi

Azərbaycanlı “qanuni oğru”nun qətlində Lənkəranski izi
07.05.2014 17:06
Bu yaxınlarda Odessada öldürülən “Vaxa” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet Baxış Əliyevin ölümündən az əvvəl Dubay həbsxanasında çeçen “vor zakon” Kazbek Dukuzovla görüşdüyü üzə çıxıb. 
Virtualaz.org saytının xəbərinə görə, bu barədə “Rosbal” agentliyinin hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumatda deyilir.
Qeyd olunur ki, “Vaxa” və Kazbek yaxın dost olublar və 90-cı illərin əvvəllərindən bəri bir çox kriminal müharibələrdə iştirak ediblər. Məlumatda deyilir ki, “Vaxa”nın ölümünə görə qisas almaq üçün Çeçenistandan bir qrup qanqster artıq Ukraynaya gedib. Yerli “kriminal generallar” da onlara hər cür kömək göstərməyi vəd ediblər. 
Belə ki, “Vaxa”nın ölümünü eşidən kimi Dukuzov Dubay həbsxanasından dərhal bu qətlin icraçılarını və sifarişçilərini tapıb məhv etmək barədə “ksiva” göndərib.
Əslində qətlin baş verdiyi gün “Vaxa” ilə görüşən çeçen avtoritetlər bu əmrdən əvvəl də qisas qərarı veriblər. Qafqaz ənənələrinə görə, əgər çeçen kimisə qonaq dəvət edirsə, onun təhlükəsizliyi üçün tam məsuliyyət daşıyır. Məhz buna görə “Vaxa” həmin gün çeçenlərlə görüşə mühafizəçilərsiz getmişdi.
“Qətli icra edənlərin adları artıq məlumdur - onlar Azərbaycan vətəndaşlarıdır. Ancaq Ukraynadakı indiki vəziyyəti nəzərə alsaq, onları milisdən daha tez çeçenlər tapacaq. Xüsusən də ona görə ki, “Nedelya”, “Poli” və “Ramaz” qatillərin cəzalandırılması üçün tam dəstək vəd ediblər” - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Qətlin sifarişçisinə gəldikdə isə bir neçə versiya nəzərdən keçirilir. Onlardan birinə görə, son vaxtlar “Vaxa”nın müttəfiqi “Lotu Quli” ilə münasibətləri kəskin pisləşmişdi. Onlar Rövşən Canıyevin Rusiyadakı aktivlərini öz aralarında bölə bilmirdilər. Məlumdur ki, “Vaxa”ya atəş açan killerlərdən biri “Lotu Quli” ilə tanışdır və qətldən az əvvəl onunla telefonla danışıb.
İkinci versiya ondan ibarətdir ki, qətli Rövşən Canıyev sifariş verə bilərdi. Bu yaxınlarda onun adı İnterpolun siyahısından çıxarılıb və Canıyev itirdiyi mövqeləri bərpa etməyə çalışır.
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol