Arvadı tərəfindən balta ilə öldürülən kişi vəzifəli şəxsin oğlu imiş - YENİLƏNİB

Ağstafada ailə münaqişəsi zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva tərəfindən qətlə yetirilən 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayevlə bağlı yeni məlumat yayılıb.
Elvin Abdullayev Dövlət Sığorta Agentliyinin Qazax filialının direktoru Mübariz Abdullayevin oğludur.
*****
Ağstafada kişi həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilib.
Hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayev balta ilə öldürülüb. Hadisənin onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva tərəfindən törədildiyi bildirilir.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























