• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni binalarda çıxarış məsələsi niyə hələ də tam həllini tapmır?

Yeni binalarda çıxarış məsələsi niyə hələ də tam həllini tapmır?
04.01.2022 14:26
Son illər Bakıda tikilən yeni çoxmərtəbəli binalarda az sayda mənzilin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışı (kupça) var.
 
Yeni binalarda "kupça” problemi ilə bağlı məsələ uzun müddətdir ki, davam edir. Vətəndaşlar üçün sənədləşmə prosesi xeyli asanlaşdırılsa da, hələ də rəqəmlər göstərir ki, dövlət qeydiyyatına alınmayan kifayət qədər ev qalmaqdadır.
 
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadovun fikrincə, "kupça”ların verilməməsində, yaxud da gecikdirilməsində əsas məsuliyyət mənzil-tikinti kooperativlərinin (MTK) üzərinə düşür.
 
"Bəzi MTK-ların sənədləri qaydasında olmur. Məsələn, şirkət 16 mərtəbəli binanın tikintisi üçün sərəncam alır, lakin tikdiyi bina 18 mərtəbə olur və yaxud yanğın təhlükəsizliyi ilə bağlı sənədi olmur. Tikintiyə icazə alınıb, ancaq inşaat sənədi yoxdur”, - deyə o bildirib.
 
E.Azadov yaşayış binasının tikintisi üçün xeyli sənəd tələb olunduğunu da deyib.
 
"Hansısa şirkət tikinti işinə başlayırsa, bütün sənədlərə sahib olmalıdır. Bu sənədlər tam olmadıqda belə problemlər yaranır. Mənzilin mülkiyyət haqqında sənədinin verilməsi üçün binanın istismara qəbul aktının olması vacibdir. Ev almaq istəyən vətəndaş çıxarış almaqla bağlı gələcəkdə problem yaşamaq istəmirsə, MTK-nın sənədləri ilə maraqlansın”, - deyə ekspert bildirib. (Trend)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol