• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin nümayəndəsi qalmaqallı xəbərə açıqlama verib

Prezidentin nümayəndəsi qalmaqallı xəbərə açıqlama verib
04.01.2022 15:19
Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov "Report” İnformasiya Agentliyinin əməkdaşı (İdman departamentinin rəhbəri) Elşən Məmmədovun "Facebook”da yazdığı statusa münasibət bildirib.
 
E.Hüseynov yazdığı şərhdə jurnalistin Ağdamdakı stadionda tamaşaçı tutumu ilə bağlı sualına cavab verərək məsələyə aydınlıq gətirib.
 
O, Ağdamda tikiləcək stadionun tutumu ilə bağlı 30 min rəqəmini söyləmədiyini qeyd edib:
 
"Elşən müəllim, salam. Məlumat üçün deyim ki, mən, Emin Hüseynov 30 min nəfərlik stadion tutumu ilə bağlı rəqəmi açıqlamamışam. "AZƏRTAC”ın müxbiri yanlış anlayıb. Onun nəzərinə çatdırdıqdan sonra yanlışlığı özü düzəldib. 15 min nəfərlik tutumu olan stadion nəzərdə tutulur. Bu, bütün beynəlxalq standartlara cavab verən həcmdir. Şəhərsalma standartlarına da tam uyğundur. Bir də qeyd etmək istəyirəm ki, heç kimdən gözükölgəliyim yoxdur və kommunikasiyaya tam açıq adamam. Görürsünüz, özüm sizə cavab yazıram. Nə qədər belə məmur tanıyırsınız? Əgər gələcəkdə də hər hansı sualınız olsa, buyurub verə bilərsiniz. Fürsətdən istifadə edib Yeni ilinizi təbrik edir, yeni ildə sizə və doğmalarınıza sağlıqlı və gözəl günlər arzulayıram. Hörmətlə, Emin Hüseynov”.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol