• $
  • €
  • ₽
  • ₺
  • £

Son günlər kütləvi şəkildə yayılan virusla bağlı - Açıqlama

Son günlər kütləvi şəkildə yayılan virusla bağlı - Açıqlama
05.01.2022 13:09
Artıq bir müddətdir ki, Azərbaycanda uşaqlar arasında yoluxucu infeksion xəstəlik yayılıb. Daha çox azyaşlılarda təsadüf olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Təhlükəli virus daşıyıcıları 40-a çatan yüksək hərarət, burun axması, boğaz, baş, qulaq, əzələ-sümük ağrıları və şiddətli öskürəkdən şikayətlənirlər. 


Virusa yoluxanların əksəriyyəti COVID-19 testi versələr də, nəticələrin neqativ çıxdığını bildirirlər. Bəzi pediatrlar 5 yaşdan kiçik uşaqlar üçün ciddi təhlükə hesab etdikləri bu xəstəliyi virus mənşəli influenza adlandırırlar. Azyaşlılarla yanaşı, yaşı 65-dən yuxarı olanlar, hamilələr və xroniki xəstəliyi olanlar da virusla bağlı risk qrupuna daxildirlər. 



Bu suallarla Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi Erkin Rəhimova müraciət etdik. Pediatr "Qafqazinfo”ya son günlər vətəndaşlar arasında virusun yayıldığını təsdiqlədi: "Son vaxtlar influenza (qrip) virusu geniş yayılıb. Ağır da seyr edir, valideynlər çox narahatdır. Bu, koronavirus deyil, bilinən qrip virusudur. Ondan qorunmaq üçün 6 aydan böyük olanlar peyvənd vurdura bilər. Sosial məsafə, şəxsi gigiyena və maska taxmaq da qoruyur”.


Xəstəliyin müalicəsinə gəlincə isə E. Rəhimov bildirdi ki, müalicəni həkim başlamalıdır: "Xəstə əvvəlcə müayinə edilməlidir, müalicəni həkim təyin etməlidir. Burundan alınmış yaxmada qrip virusu təsdiqlənə bilər. Qrip virusu keçən qış xaric, demək olar ki, hər il geniş yayılıb, keçən il qapanma olduğu üçün yayılmamışdı”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol