• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 3 avtobus toqquşub - VİDEO

Bakıda 3 avtobus toqquşub - VİDEO
06.01.2022 10:53
Bakı Nəqliyyat Agentliyi avtobusların iştirakı ilə baş verən qəzayla bağlı məlumat yayıb.

Yanvarın 6-da Suraxanı qəsəbəsi Zığ şosesində 104, 113 və 217 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəzarətə götürülərək müvafiq araşdırma aparılıb. Marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən "BUS TRANS" MMC", "Transkontrol" MMC və "Azlənd Plaza" MMC-nin məsul şəxsləri Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahatları alınıb.

Hadisə nəqliyyat vasitələrinin reysə başlanma vaxtından əvvəl qeyd alındığından avtobuslarda sərnişin olmayıb. "Azlənd Plaza" MMC müvəqqəti istismarında olan 217 nömrəli marşrutun sürücüsü xəsarət alıb.

*****

Bu gün səhər saat 06:00 radələrində Bakının Suraxanı rayonu ərazisində Suraxanı dairəsində avtomobillərin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verib və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalıb, bu barədə Fövqalə Hallar Nazirliyindən məlumat verilib. 


Məlumata görə, əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 3 avtobusun iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi, hadisə nəticəsində 32 yaşlı Məmmədov Rəvan Fazil oğlunun idarə etdiyi "Daewoo” markalı avtobusda sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə sıxılı vəziyyətdə qalmış avtobus sürücüsünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol