Qazaxıstanda xüsusi antiterror əməliyyatı keçirilir

Qazaxıstanın Almatı şəhərində Respublika meydanının iğtişaşçılardan təmizlənməsi məqsədilə xüsusi əməliyyat keçirilir, bu barədə məlumatı TASS yayıb.
Bildirilib ki, hakimiyyət şəhər sakinlərinə antiterror əməliyyatının keçirilməsi ilə bağlı SMS göndərir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə iğtişaş törədənlərin müəyyənləşdirilməsi və onların məsuliyyətə cəlb edilməsi üçün xüsusi istintaq qrupunun yaradılması barədə tapşırıq verib.
Qazaxıstanda etirazlar avtomobillərdə istifadə olunan sıxılmış qazının qiymətinin 60 təngədən (23 qəpik) 120 təngəyə (47 qəpik) qaldırılması ilə başladı.
Bununla bağlı ilk etiraz mitinqləri yanvarın 2-də neft sənayesinin cəmləşdiyi Manqistau bölgəsində keçirildi. Yanvarın 4-də hökumət vəd etdi ki, etirazçıların tələbləri yerinə yetirilərək, qazın qiyməti əvvəlkindən də aşağı – 50 təngəyə (20 qəpik) salınacaq. Lakin bu qərar mitinqləri azaltması əksinə, etirazlar genişlənməyə və ölkənin digər yerlərinə də yayılmağa, siyasi xarakter almağa başladı. Hökumətin istefası və əvvəllər məhkum edilən bəzi şəxslərin buraxılması tələbləri irəli sürüldü. Yanvarın 4-də ölkənin böyük şəhərlərindən olan Almatıda artıq siyasi tələblərlə qanunsuz aksiyalar keçirildi və polislə toqquşma yaşandı. Aksiyalar davam edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib