Biləsuvarı və 8 kəndi birləşdirən körpü nə vaxt istifadəyə veriləcək?

Biləsuvarda 8 kəndi rayon mərkəzi ilə birləşdirən körpünün tikintisi gecikir və 15 günə yaxındır ki, burada işlər dayandırılıb, bu barədə "Report"un Muğan bürosuna yerli sakinlər məlumat veriblər.
Sakinlərin sözlərinə görə, artıq iki aydır ki, körpünün tikintisinə başlanılıb.
"Tezliklə açılışının olunacağı deyilsə də, təmir işləri yekunlaşmayıb. Körpüdə yalnız asfalt örtüyünün çəkilməsi qalıb. Lakin 15 günə yaxındır ki, burada heç bir iş aparılmır", - deyə bildiriblər.
Sakinlər bildiriblər ki, Biləsuvar şəhərini ikiyə ayıran Bolqarçay çayı üzərində yerləşən körpü həm şəhəri, həm də ətraf kəndləri birləşdirir.
"Hər gün minlərlə sakin bu körpünün üzərindən keçirdi. Körpünün təmirə bağlanılması səbəbi ilə iki alternativ yoldan istifadə edirik. Bu yollardan istifadə zamanı isə əlavə 5-6 kilometr yol qət edirik ki, bu da həm əlavə xərc tələb edir, həm də vaxt itkisi ilə nəticələnir", - deyə qeyd etdilər.
Sakinlərin iddiaları ilə bağlı "Report"un Muğan bürosuna açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, körpünün tikintisi reallaşıb və artıq yekunlaşmaq üzrədir.
Anar Nəcəfli həmçinin qeyd edib ki, körpünün tikintisində hər hansı gecikmə yoxdur.
"Körpünün tikintisinə ötən il noyabrın 15-də başlanılıb. Qısa müddət ərzində körpünün tikintisi reallaşıb və artıq yekunlaşmaq üzrədir", - deyə əlavə edib.
Onun sözlərinə görə, qış ayları olduğu üçün tökülən betonun quruması vaxt aparır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























