"Bakı metropoliteni" ötən il nə qədər sərnişin daşıyıb?

2021-ci ildə "Bakı Metropoliteni" QSC 90 milyon 232 min 427 sərnişin daşıyıb, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu sərnişinlərin 3 milyon 050 min 575 nəfəri ödənişsiz, 87 milyon 181 min 452 nəfəri ödənişli üsullarla daşınıb.
Bu isə metronun ötən il işlədiyi günlər üzrə orta statistik hesabla 485 min 121 nəfər daşınma deməkdir.
Amma 2021-ci ilin bütün günlərini nəzərə alsaq ötən il orta statistik gündəlik 247 min 212 nəfər daşınıb.
"Bakı Metropoliteni" ötən il sərnişindaşımadan 26 milyon 154 min 435,6 manat qazanıb. (report)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























