Azərbaycanda qoyun və keçilərin güzəştli sığortasına başlanılıb

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən yeni aqrar sığorta mexanizmi çərçivəsində sığortalanan kənd təsərrüfatı heyvanlarının siyahısı genişləndirilib, bu barədə Aqrar Sığorta Fondu məlumat yayıb.
Məlumata görə, bundan sonra südlük inək və camışlarla yanaşı, ətlik mal-qara, eləcə də qoyun və keçiləri də sığortalamaq mümkün olacaq.
Yeniliyə əsasən, 11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar (qoyun və keçilər) sığorta ediləcək. Bu sığorta ilə həm xaricdən gətirilən cins, həm də yerli heyvanları sığortalamaq mümkündür.
Qeyd edək ki, təbii fəlakət dedikdə zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu, sel və ya subasma, leysan, ildırırm, şaxtavurma (donvurma) və normadan artıq yağan qar yağıntıları) nəticəsində heyvanın ölümü nəzərdə tutulur.
Aqrar sığorta çərçivəsində qoyun və keçilərin sığortalanması üçün sığota tarifi 6,4-7 % arasında dəyişir.
Misal 1: Qiyməti 300 manat olan yerli cinsli qoyun və ya keçi sığorta ediləndə 10 %-lik azadolma halında sığorta haqqı 21 manat (300 x 7 %) təşkil edir ki, bu məbləğin yarısını - 10,5 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.
Sığorta hadisəsi baş verdikdə qoyunun sahibinə onun qiymətinin 90 %-i - 270 manat ödənilir.
0 %-lik azadolma halında isə ümumi sığorta haqqı 19,2 manat (300 x 6,4%) təşkil edir ki, bu məbləğin yarısını – 9,6 manatını fermer, qalan yarısını isə dövlət ödəyir. Bu halda sığorta hadisəsi baş verdikdə qoyunun sahibinə onun dəyərinin 80 %-i – 240 manat ödənilir.
Misal 2: Qiyməti 600 manat olan xarici cinsli qoyun və ya keçi sığorta ediləndə 10 %-lik azadolma halında sığorta haqqı 42 manat (600 x 7 %) təşkil edir ki, bu məbləğin yarısını - 21 manatını fermer, qalan yarısını isə dövlət ödəyir. Sığorta hadisəsi baş verdikdə qoyunun sahibinə onun qiymətinin 90 %-i - 540 manat ödənilir.
20 %-lik azadolma halında isə ümumi sığorta haqqı 38,4 manat (600 x 6,4 %) təşkil edir ki, bu məbləğin yarısını – 19,2 manatını fermer, qalan yarısını isə dövlət ödəyir. Bu halda sığorta hadisəsi baş verdikdə qoyunun sahibinə onun dəyərinin 80 %-i – 480 manat ödənilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























