• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşa şəhərində içməli su təchizatı sistemləri yaradılır

Şuşa şəhərində içməli su təchizatı sistemləri yaradılır
06.01.2022 16:35
"Azərsu” ASC-də Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun ilk iclası keçirilib, bu barədə qurumdan bildirilib.

Məlumata görə, iclasda işçi qrupuna daxil olan müxtəlif dövlət təşkilatlarının mütəxəssisləri iştirak edib. İşçi qrupunun rəhbəri, "Azərsu”yun sədr müavini Etibar Məmmədov Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin içməli su təchizatının bərpası məqsədilə görülmüş işlər barədə məlumat verib. O, bildirib ki, Şuşa şəhəri işğaldan azad olunduqdan bir neçə gün sonra qurumun mütəxəssisləri şəhərin su təchizatı sistemlərinin araşdırılmasına başlayıb. Mürəkkəb relyef və sərt iqlim şəraitində Kiçik Kirs-Şuşa və Zarıslı-Şuşa magistral su kəmərlərinin qəzalı hissələri bərpa edilib, 2020-ci il noyabrın 25-də Kiçik Kirs, dekabrın 20-də isə Zarıslı mənbəyindən Şuşaya suyun verilişi bərpa olunub. Bununla paralel olaraq şəhərdaxili şəbəkədə tənzimləmə işləri aparılıb və ötən ilin noyabr ayından etibarən şəhərdə fasiləsiz xidmət təşkil edilib.

"Azərsu”yun Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli Şuşa şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması məqsədilə perspektivdə nəzərdə tutulan işlər barədə məlumat verib.

İşçi qrupunun iclasında su ehtiyatlarının qiymətləndirilməsi, su anbarlarının yaradılması, içməli, tullantı, yağış suları sistemlərinin idarə edilməsi üzrə baş planların hazırlanması, içməli və tullantı suitəmizləyici qurğular üzrə araşdırmaların aparılması, su təchizatı sistemlərində innovativ texnologiyaların tətbiqi və ətraf mühitə təsirin qiymətləndirilməsi məsələləri müzakirə edilib, texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması ilə bağlı tapşırıqlar verilib.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2021-ci ildə Kiçik Kirs-Şuşa magistral su kəmərinin 5,7 km-lik hissəsi polad borularla yenidən qurulub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol