• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş məmur yenidən HƏBS EDİLİB

Keçmiş məmur yenidən HƏBS EDİLİB
06.01.2022 17:04
Əvvəllər də məhkumluq həyatı yaşamış Göyçay rayon İcra Hakimiyyətinin şöbə müdiri Səməd Cəbrayılov yenidən həbs edilib.

Göyçay Gənclər Evinin də sədri olmuş Cəbrayılov narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 6 il azadlıqdan məhrum edilib.

Hökm bir müddət öncə çıxarılıb. Lakin Səməd Cəbrayılov apellyasiya şikayəti üçün gecikdiyindən müddətin bərpasına görə yenidən məhkəməyə müraciət edib.
Səməd Cəbrayılovun adı əvvəllər dələduzluq və oğurluqda hallanıb. 2019-cu ildə Göyçay rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan İran vətəndaşına və onun ortağına məxsus təsərrüfatdan oğurluq edən Səməd Cəbrayılov həbs edilib. Sonradan azadlığa çıxan Səməd Cəbrayılov növbəti dəfə bıçaqlanma hadisəsi ilə gündəmə gəlib. Belə ki,  2020-ci ildə o, yaşadığı evin qarşısında bıçaqlanıb. Təcili xəstəxanaya çatdırılan Cəbrayılovun həyatı xilas edilib. 

Rayonda sürdüyü bahalı maşınlarla hər zaman diqqətdə olan Səməd Cəbrayılov barəsində tez-tez sosial şəbəkələrdə məlumatlar yayılıb. Mətbuatda onun Göyçayda, Qəbələdə və Bakıda villalara, bahalı avtomobil və obyektlərə sahib olması ilə əlaqədar fotolar, məqalələr yer alıb. (qafqazinfo)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol