Evdən 150 minlik oğurluq edənlər saxlanıldı - VİDEO

Bakıda evdən içərisində pul qızıl-zinət əşyaları və qol saatları olan seyfi oğurlayan şəxslər saxlanılıb, bu barədə Daxili İşlər Nazirliyinin (DİN)Mətbuat Xidmətindən məlumata verilib.
Binəqədi rayonunda yerləşən evlərdən birindən oğurluq edilib. Zərərçəkən ev sahibi polisə müraciət edərək 31 dekabr – 2 yanvar tarixləri arasında evdə olmadığı müddətdə naməlum şəxslər tərəfindən mənzildən içərisində 10 min manat nağd pul, 150 min dollarlıq qızıl-zinət əyaları və 15 min manat dəyərində qol saatları olan seyfin oğurlandığını bildirib.
Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Zaqatala rayon sakinləri Murad Allahverdiyev və Uveys Məmmədov saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
Bu şəxslərin oğurladıqları qızıl-zinət və digər əşyalar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























