• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakı Metropoliteni” işə qəbul elan edib

“Bakı Metropoliteni” işə qəbul elan edib
07.01.2022 18:30
"Bakı Metropoliteni” QSC "Sərnişin platforması üzrə növbətçi” (HSPN) vəzifəsinə işçi qəbulu elan edib.
 
Müsabiqədə iştirak etmək istəyənlər ali və yaxud texniki peşə təhsilli, 30 yaşa qədər, kişilər hərbi xidmət keçmiş olmalıdır. Boy tələbi qadın namizədlər üçün 160 sm və daha uca, kişi namizədlər üçün 165 sm və daha ucadır.
 
Seçim məntiq testi və müsahibə keçirilməsi yolu ilə aparılacaq. Seçilmiş namizədlər tibbi yoxlamadan keçməklə 1 ay müddətinə xüsusi hazırlıq kursuna buraxılacaqlar.
 
Kursu müvəffəqiyyətlə başa vuran iddiaçılar test imtahanına cəlb olunacaqlar.
 
Yüksək bal toplayanlar sərnişin platforması üzrə növbətçi (HSPN) vəzifəsinə qəbul ediləcəklər.
 
İddiaçılar "Bakı Metropoliteni”nin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, "Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.
 
Elektron ərizələr yalnız yanvar ayının 10-dan 25-nə qədər olan tarixdə qəbul edilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol