• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik işçilərin real maaşını gizlədən sahibkarlara xəbərdarlıq edib

Nazirlik işçilərin real maaşını gizlədən sahibkarlara xəbərdarlıq edib
07.01.2022 12:18
Azərbaycanda minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində minimum əməkhaqqının həmin məbləğdən az olmaması üçün ciddi nəzarət tədbirləri görür.
 
Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2021-ci ilə dair fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sərəncamları ilə ölkəmizdə əməkhaqqı sisteminin inkişafında ciddi irəliləyişə nail olunduğunu vurğulayıb.
 
O, 2019-cu ilin əvvəlində 130 manat təşkil edən minimum əməkhaqqının son 3 ildə 2,3 dəfə artırılaraq 300 manata çatdırıldığını, bu il üçün yaşayış minimumunu (210 manat) 43 faiz üstələdiyini bildirib.
 
İclasda iş yerlərində minimum əməkhaqqının 300 manatdan az olmaması üçün ciddi nəzarətin həyata keçirilməsinin, bununla bağlı işçilərin əmək hüquqlarının qorunmasının vacibliyi qeyd edilib.
 
Yeni tədbirlər planı əsasında bu istiqamətdə aparılan işlər diqqətə çatdırılıb.
 
 "Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə bu sahədə vəziyyətə elektron nəzarət olunur. Əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub.
 
Altsistemdə əmək müqaviləsində minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqının qeyd olunmasına məhdudiyyət tətbiq olunub.
Bu il yanvarın 1-dək 300 manatdan aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrində artıq yeni ilin ilk günündən müvafiq düzəlişlər edilməsi üçün elektron sistem vasitəsilə aidiyyəti işəgötürənlərə xəbərdarlıq mesajı da çatdırılıb.
 
İclasda əmək qanunverciliyinə əməl olunmasına dövlət nəzarəti, eləcə də əmək münasibətləri sahəsində inzibati xətaların elektron informasiya sistemləri vasitəsilə aşkarlanması, həmin xətalarla bağlı e-qaydada inzibati icraatın tətbiqi sahəsində görülmüş işlər və Xidmətin qarşısında duran vəzifələr müzakirə olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol