• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin ayırdığı vəsait səkkiz televiziyanın hesabına köçürülüb

Prezidentin ayırdığı vəsait səkkiz televiziyanın hesabına köçürülüb
07.01.2022 13:59
Milli Televiziya və Radio Şurası ötən ilin maliyyə hesabatını açıqlayıb.
 
Hesabat ilində illik plana əsasən dövlət büdcəsindən 1.659.538,50 (Bir milyon altı yüz əlli doqquz min beş yüz otuz səkkiz manat əlli qəpik) vəsait ayrılıb.
Ötən il ərzində büdcədən maliyyələşdirilmiş vəsait 1.480.177,71 (bir milyon dörd yüz səksən min yüz yetmiş yeddi manat yetmiş bir qəpik) vəsait təyinatı üzrə istifadə olunub.
 
Azərbaycan Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarına "Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulan Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına 4.000.000,00 (dörd milyon) manat vəsait ayrılıb və səkkiz özəl teleradio yayımçılarının hesabına köçürülüb.
 
Dövlət büdcəsindən maliyyələşmiş vəsaitdən 179.360,79 (bir yüz yetmiş doqquz min üç yüz altmış manat yetmiş doqquz qəpik) vəsait büdcəyə qaytarılıb.
Şuradan bildirilib ki, maliyyə və texniki nəzarət şöbəsi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitə uyğun ştat cədvəli tərtib edilərək Maliyyə Nazirliyinə təqdim olunub. Müvafiq olaraq hər ayın əvvəlində tələbata və verilmiş limitə uyğun xərc maddələri üzrə Maliyyə Nazirliyinə sifariş, xəzinələrarası köçürmə sərəncamı, məxaric cədvəlləri təqdim olunmuş və nazirliklə razılaşdırıldıqdan sonra açılmış kreditdən istifadə olunub.
 
"Milli Televiziya və Radio Şuası tərəfindən 15 fevral - 17 mart və 07 iyun - 07 iyul 2021-ci il tarixlərində elan edilmiş tender üzrə cəmi 2.600,00 (iki min altı yüz) manat büdcədənkənar vəsait daxil olmuş və bu vəsait dəftərxana ləvazimatlarının alınmasına sərf olunub, bundan başqa cari ildə verilmiş lisenziyalardan isə 1.620,00 (bir min altı yüz iyirmi) manat büdcədənkənar vəsait daxil olub. Bu vəsaitdən 1.030,13 (bir min otuz manat on üç qəpik) işçilərə mükafat olaraq verilib, qalan vəsait isə əmək haqqından tutulmalara və bank xidməti xərclərinə sərf olunub, 2,83 (iki manat səksən üç qəpik) vəsait isə büdcəyə qaytarılıb.
 
2021-ci ilin yanvardan etibarən 8 saylı Xəzinədarlıq Agentyilinə növbəti ayın maliyyələşməsi açıldıqdan sonra malların (iş və xidmətlərin) alışı, kassa xərclərinin sifarişi və ödəniş tapşırıqları lazımi xərc və tələbata uyğun xəzinədarlığa təqdim olunub. Hər ay təsdiq olunan ştat cədvəlinə, iş vaxtının uçot tabelinə və əmək haqqı cədvəlinə uyğun işçilərə əmək haqqı və mükafatlar vaxtında ödənilib. Əmək haqqından tutulan üzvlük haqqı Həmkarlar İttifaqları Konfederasiyasına, həmçinin digər məcburi ödənişlər (Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən sığorta haqqı, İcbari tibbi sığorta, vergilər) də vaxtında ödənilib. Xərc maddələri üzrə; inzibati binanın icarəsi, rabitə xərcləri, işıqdan, sudan istifadəyə görə ödəniş, poçt, bank xidmətləri vaxtında həyata keçirilib. Hesabat ilində limitə uyğun lazımi texniki və istehsal vəsaitləri və avadanlıqlar alınıb", - qurumdan bildirilib.
 
Rüblük və illik hesabatlar, həmçinin Milli Mühasibat Uçotu Standartlarına uyğun formalarla Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunub.
Milli Televiziya və Radio Şurası 01 noyabr 2021-ci il tarixli 010 saylı Sərəncamına əsasən 30.12.2021 tarixinə mal-material qiymətlilərinin inventarizasiyası aparılıb, köhnələn, istifadəyə yararsız inventarlar, mal-materiallar dəyərlilərinin silinməsi aktı tərtib olunub.
 
Aylıq hesabatlar Maliyyə şöbəsi tərəfindən Yerli Statistika Orqanına, Məşğulluq İdarəsinə, Maliyyə Nazirliyinə, hər rübün axırında Hesablama Palatasına, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə, illik hesabatlar isə Əmlak Komitəsinə vaxtında təqdim olunub.
Ştatdankənar işçilərin (ekspert qrupu) fəaliyyət göstərməsi üçün maliyyələşmə açılmış və təyinatı üzrə istifadə olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol