Azərbaycanda "ağıllı" arı qutuları istehsal ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-nin (YTP) yeni rezidenti "BEYT” MMC "Ağıllı" ("Smart”) arı qutularının istehsalına hazırlaşır.
www.anews.az
Bu barədə YTP-dən bildirilib.
Bu qutularda temperatur, rütubət, işıq, atmosfer təzyiqini ölçən sensorlar, məhsulun həcmini ölçən tərəzi yerləşdiriləcək, onların yerləşməsi və açılıb-bağlanması ilə bağlı məlumatlarını fermerə ötürəcək proqram təminatı hazırlanacaq.
İstehsal prosesində ilkin mərhələdə 20 nəfər cəlb olunacaq və ildə 500 min ədəd "ağıll" qutu ərsəyə gətiriləcək. Bu isə işğaldan azad edilmiş bölgələrdə yeni innovativ texnologiyaların tətbiqi ilə arıçılığı intensiv yollarla qısa müddətdə inkişaf etdirməyə imkan yaradacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























