• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda itən körpə ilə bağlı İDDİA: “Valideyn siqareti uşaqların başında söndürür” - VİDEO

Bakıda itən körpə ilə bağlı İDDİA: “Valideyn siqareti uşaqların başında söndürür” - VİDEO
07.01.2022 15:16
"Uşaqlar deyirdi ki, oğlumu bir qadın gəlib aparıb”.
 
Bu sözləri doqquz gün öncə Bakıda itən iki yaşlı uşağın anası Reyhan Şıxəliyeva ARB TV-də yayımlanan "Səni axtarıram” proqramında deyib.
Uşağı bir qadının apardığı iddialarına aydınlıq gətirən ana həmin insanı tanımadığını bildirib:
 
"Beş övladım var. Həyat yoldaşım fəhlə işləyərək ailəni dolandırır. Məhəmməd evimizin ən balacasıdır. Uşaqlar deyirdi ki, oğlumu bir qadın gəlib aparıb. Ərazidə olan kameraya da həmin qadının görüntüləri düşüb, üzündə maska var. Həmin yerə gəlib, amma uşağı götürüb aparması görüntüyə düşməyib. Mən o qadını tanımıram, evimizə necə gəldiyini də bilmirəm. Heç kimə borcumuz da yoxdur”.
 
Azyaşlının anası onu da əlavə edib ki, hadisə baş verməzdən təxminən iki həftə öncə efirə çıxmaq istəyib: 
 
"Biz istəyirdik ki, verilişə çıxıb kömək istəyək. Uşaqlarla birlikdə sığınacağa yerləşək. Uşaqlarımızdan ikisi xəstədir. Autizmdən əziyyət çəkirlər və danışa bilmirlər”.
 
Verilişə anonim zəng edən şəxs beş övladı olan valideynlərin uşaqlarının başında siqaret söndürdüklərini iddia edib.
 
Atası uşağın başında olan yaranın başını qaşıması nəticəsində yarandığını bildirib.
 
Hadisə dekabrın 29-u Sabunçu rayonunda baş verib. Ailə üzvlərinin sözlərinə görə, yaşlı bir qadın evə girərək oradan iki yaşlı Məhəmmədi oğurlayıb.
 
Ailənin digər azyaşlı dörd övladı dövlət tərəfindən sığınacağa yerləşdirilib.(Oxu.az)
 
Daha ətraflı süjetdə:
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol