• $
  • €
  • ₽
  • ₺
  • £

Şagirdləri döyən direktorla bağlı ciddi tədbir görüləcək

Şagirdləri döyən direktorla bağlı ciddi tədbir görüləcək
07.01.2022 15:46
"Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri olaraq bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri ilə birgə paytaxtdakı 9 nömrəli məktəbdə olduq. Məktəb direktoru tərəfindən uyğunsuz davranış sərgilənmiş şagirdlərlə və məktəb rəhbərliyi ilə görüşdük, səmimi söhbət etdik”.
 
Bu barədə İctimai Şuranın sədri Günel Səfərova paylaşım edib.
 
"Məktəb idarəçiliyində müasir yanaşmaların, təhsilverənlərə və təhsilalanlara qarşı düzgün münasibətin formalaşdırılmasının zəruriliyini nəzərə çatdırdıq, şagirdlərə müvafiq tövsiyələr verdik.
 
Məsələnin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırıldığını nəzərə alaraq, araşdırmaların nəticələrinin qanunvericiliyin tələblərinə uyğun olacağına, müəllimin və məktəbin nüfuzunun qorunmasına, eləcə də müəllim-şagird münasibətlərinə xələl gətirən halların aradan qaldırılmasına xidmət edəcəyinə inanıram.
 
Ona da inanıram ki, məktəb direktoru barədə ciddi tədbir görüləcək”, - deyə o qeyd edib. 
 
Ötən gün paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın təhsil ocağında şagirdləri döyməsilə bağlı görüntülər müzakirələrə səbəb olub.(Modern.az)




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol