• $
  • €
  • ₽
  • ₺
  • £

Regionlarda yeni sosial xidmət müəssisələri yaradılacaq

Regionlarda yeni sosial xidmət müəssisələri yaradılacaq
07.01.2022 17:09
Əlilliyi olan şəxslər üçün Peşə-əmək reabilitasiya Mərkəzinin, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin regionlarda fililallarının, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar, məişət zorakılığından zərər çəkən şəxslər üçün bir sıra bölgələrdə sosial reabilitasiya müəssisələrinin və s. yaradılması nəzərdə tutulur.
 
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin ötən ilki fəaliyyətinə və qarşsında duran vəzifələrə həsr olunan iclasında məlumat verilib.
 
Əmək və əhainin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələrinin və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının ötən il 5 dəfə genişləndiyini, 2021-ci ildə bu kateqoriyalara aid şəxslərə 3 min, ümumilikdə ötən dövrdə isə 12,3 min mənzil və fərdi evin verildiyini bildirib. Nazir qanunvericilikdə nəzərdə tutulan kateqoriyalara aid şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunduqlarını, sosial xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin, bu xidmətlərə əlçatanlığın artırılmasının, sosial xidmətlər sistemində müasir texnologiyaların geniş tətbiqinin müvafiq sahədə fəaliyyətdə əsas prioritetlər olduğunu bildirib.
 
2021-ci ildə Sosial Xidmətlər Agentliyinin müəssisələrində 2,2 min şəxsə stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlər göstərilib. Həmin müəssisələrdən biri olan Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində ötən ilin iyul ayında Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiya şöbəsi açılıb, şöbədə 41 nəfər sosial xidmət və reabilitasiya dəstəyi ilə əhatə olunub.
 
Agenliyin dəstəyi ilə yaradılmış günərzi qayğı və icma əsaslı əsaslı reabilitasiya mərkəzlərinə əsasən sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 7 minədək uşaq cəlb edilərək onlara, habelə ailələrinə reabilitasiya dəstəyi göstərilib. Ötən ay isə qurumun Abşeron rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya xidməti göstərən yeni sosial xidmət mərkəzi fəaliyyətə başlayıb və artıq 40 uşaq mərkəzdəki xidmətlərdən faydalanır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol