• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəriqaz”dan dünəndən müzakirə olunan müraciəti ilə bağlı - Açıqlama

“Azəriqaz”dan dünəndən müzakirə olunan müraciəti ilə bağlı - Açıqlama
08.01.2022 12:23
"Azəriqaz” İstehsalat Birliyi ötən gün uzun müddət evdə olmayan abonentlərə müraciət edib.

Qurumun Hüquq Departamentinin rəisi Vüqar Eyvazov bildirib ki, Azərbaycanda bir aydan çox evdə olmayacaq abunəçi quruma bu barədə məlumat verməlidir.


Sözügedən açıqlama sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bəzi abonentlər buna tənqidi yanaşıb və kommunal sektorda rəqəmsallaşma, innovasiyaların yetərincə inkişaf etmədiyinin göstəricisi kimi qiymətləndiriblər.


Məsələ ilə bağlı "Azəriqaz” İB-nın mətbuat xidmətinin rəisi Eldəniz Vəliyev bildirdi ki, bu, məcburi xarakter daşımır və vətəndaşların təhlükəsizliyini nəzərə alaraq belə tövsiyə edilib:


"Bu tövsiyədir ki, əgər vətəndaş 1-2 ay evində olmayacaqsa, müvafiq qaz idarəsinə və ya "ASAN  Komunal”a müraciət edir və öz mavi yanacağını müvəqqəti bağlatdırır. Sabah külək olar, qaz xəttinin üstünə ağac aşa bilər, sızma hadisəsi baş verə bilər və ya vətəndaş geri qayıdıb işığı yandıranda partlayış ola bilər. Bu, adi təhlükəsizlik qaydasıdır. Bəzən də vətəndaşlar narazılıq edirlər ki, 2-3 ay mənzildə yaşamayıblar və onlara müəyyən qədər qaz pulu gəlib. Halbuki evin içində sızma ola bilir və bu da abonentin sərfiyyatına yazılır. Biz də bunları nəzərə alıb tövsiyə edirik ki, bir neçə ay evdə olmayacaq abonent müraciət edib qazı bağlada bilər. Bu, təhlükəsizlik məqsədi daşıyır və biz heç bir geriyə addım atmırıq. Həm də bu, mütləq edilməlidir deyə bir şey yoxdur. Bir qrup adam var ki, sosial şəbəkədə bizim fəaliyyətimizi, gördüyümüz işləri gözdən salmaq, qarayaxma ilə məşğuldur”.


E. Vəliyev, həmçinin əlavə edib ki, abonent fikrini dəyişib bir neçə gündən sonra geri qayıtsa, 10 dəqiqə ərzində zəng vurub yenidən mavi yanacağı bərpa edə bilər. Burada nə böyük zaman itkisi, nə də pul itkisi var.(qafqazinfo)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol