ETSN: "Ağacların aşması ilə bağlı araşdırma aparılır"

Ağacların aşması ilə bağlı araşdırma aparılır.
Bu barədə Anews.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, xidmətin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1A ünvanında "Progress-2016" MTK tərəfindən hündür mərtəbəli binanın tikintisi aparılarkən qazıntı işləri zamanı ərazidəki 5 ağacın aşdığı, 6 ağacın isə aşma təhlükəsi olduğu müəyyən edilib.
Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı təbiətə 2100 manat məbləğində ziyan dəydiyi məlum olub: "Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq".
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib